"Banklar jurnalistlərə kredit verməlidir" - Əflatun Amaşov
- 22-07-2017, 12:50
- 111 992
Bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, bu haqda hələlik Azərbaycan Mətbuat Şurasına heç bir məlumat daxil olmayıb: "Müasir jurnalistikada mühasibatlıq məsələləri yenidən qurulub, hər bir jurnalist əmək haqqı alır və iş yerlərində sənədləşdirilir. Deməli, KİV nümayəndələri rahat şəkildə banklardan kredit götürə bilərlər”.
Mətbuat Şurasının sədri qeyd edib ki, jurnalist hər hansı bankdan kredit ala bilməməsi ilə bağlı Mətbuat Şurasına şikayət edərsə, MŞ bu məsələni araşdıra bilər.