Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- 4-02-2024, 12:00
- 650
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) yağıntının intensivləşəcəyi ehtimalı var.