XalqXəbər.Az

Yaxın günlərdə vitse-prezidentlərin təyinatı reallaşacaq - ADLAR BƏLLİDİR

Yaxın günlərdə vitse-prezidentlərin təyinatı reallaşacaq - ADLAR BƏLLİDİR
2-06-2017, 16:23

Hakimiyyət dairələrindən daxil olan məlumata görə, Prezident Administrasiyasında struktur dəyişikliyi və prezidentin köməkçisi institutunun yaradılması, o cümlədən bu postlara yeni təyinatların ardınca vitse-prezident institutunun strukturunun formalaşdırılmasına başlanılacaq.
“Artıq vitse-prezident institutu aparatının strukturunun formalaşdırılması ilə bağlı bütün təşkilatı işlər görülüb. Yaxın günlərdə isə vitse-prezidentlərin təyinatı reallaşacaq”- deyə, mənbə bildirib.
Mənbə onu da əlavə edib ki, iki nəfər vitse-prezident postuna təyinat alacaq. Onun sözlərinə görə, ümumilikdə üç vitse-prezidentin olacağı gözlənilir.
Adlar bəlli olsa da, onların kimliyi barədə açıqlama vermək istəməyən mənbə deyib ki, bu məsələ ölkə başçısının kompetensiyasına aid olduğundan, bu barədə əvvəlcədən hər hansı məlumat vermək subardinasiya və etik baxımdan düzgün deyil.
Qeyd edək ki, hələ may ayının ortalarında İslamiadadan sonra iyun ayı ərzində hakimiyyətin dərin islahatlara start verəcəyi ilə bağlı anons vermişdik. Artıq iyunun 1-də qeyd olunan islahatlara start verilib və ilk olaraq bu islahatlara Prezident Administrasiyasında başlanılıb. İslahatların bundan sonra daha da intensiv xarakter alacağı gözlənilir.

Gununsesi.infoскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.