SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Hökumət qaydalara dəyişiklik etdi, FHN, ASC və ETSN-ə yeni səlahiyyət verildi

Hökumət qaydalara dəyişiklik etdi, FHN, ASC və ETSN-ə yeni səlahiyyət verildi

Tarix:

13-05-2017, 17:06

/ 83 549 dəfə oxundu.
Hökumət qaydalara dəyişiklik etdi, FHN, ASC və ETSN-ə yeni səlahiyyət verildi

Nazirlər Kabineti "Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”ı təsdiq edilib.

xalqxeber.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.

Su obyektlərinin balıq və digər su bioresurslarının mühafizəsi üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərtilə müəyyən edilir.

Müəyyən olunmuş su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə Nazirlər Kabineti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təqdimatı əsasında xüsusi qorunan ərazi elan edilir.

Xüsusi qorunan ərazidə ETSN tərəfindən müəyyən edilən müddətlərdə balıq və digər su bioresurslarının kürütökmə yerlərinə miqrasiyasının təmin edilməsi üçün bır sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər balıq və digər su bioresurslarının kürütökmə yerlərində motorlu su nəqliyyatının hərəkətinin məhdudlaşdırılması, nəzarət, elmi tədqiqat və akvakultura ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovunun qadağan edilməsi, balıq və digər su bioresurslarının həvəskar və idman ovunun məhdudlaşdırılması və qadağan edilməsidir.

Xüsusi qorunan ərazinin təbii vəziyyətini dəyişdirə biləcək işlər yalnız ETSN-nin razılığı ilə həyata keçirilə bilər.

Şərhlər

XƏBƏR LENTİ