SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır” - Zeynəb Xanlarovadan etiraz

“Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır” - Zeynəb Xanlarovadan etiraz

Tarix:

2-05-2017, 13:15

/ 61 498 dəfə oxundu.
“Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır” - Zeynəb Xanlarovadan etiraz

Millət vəkili Zeynəb Xanlarova da AŞPA-nın Türkiyə barəsində çıxardığı qərara parlamentdə sərt reaksiya verib.
O, bildirib ki, Türkiyə qarşı çıxarılan bu qərar ədalətsizdir: "Mən ömrüm boyu "türkəm, türkəm” demişəm. Həmişə demişəm ki, türkin gücü tükənməz. Türkün gücünü görən Avropa Şurası əlbəttə ki, belə hərəkətlər edəcək. Bu hərəkətlər bütün Azərbaycan xalqını qəzəbləndirib. Bu gün Azərbaycanda hər kəs istəsə Avropa Şurasına bu barədə etiraz məktubu göndərər. Mən xahiş edirəm ki, parlament adından etirazımızı bildirək. Çünki bu gün Türkiyəyə qarşı olan qərar sabah bizim barəmizdə də olacaq. Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır. Bizim ağrılı yerimiz olanda həmişə Türkiyə yanımızda olub. Gəlin, millət kimi Türkiyəmizi qoruyaq”.

Şərhlər

XƏBƏR LENTİ