SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Dövlət başçısı kralı təbrik etdi

Dövlət başçısı kralı təbrik etdi

Tarix:

8-11-2019, 17:18

/ 988 dəfə oxundu.
Dövlət başçısı kralı təbrik etdi

Prezident İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".

Şərhlər

XƏBƏR LENTİ