SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Aparatda 3 yeni təyinat olacaq

Aparatda 3 yeni təyinat olacaq

Tarix:

27-10-2019, 14:51

/ 1 876 dəfə oxundu.
Aparatda 3 yeni təyinat olacaq

Akademik Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad ediləndən sonra onun yerinə kimin təyin olunacağı medianın gündəmində müzakirə olunmaqdadır.
İndi diqqətlər Prezident Administrasiyasına yönəlib. Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yeni təyinat olacaq, yoxsa həmin vəzifə bəzi kluarlarda söylənildiyi kimi, ləğv olunacaq? İstənilən halda bu məsələ ölkə başçısının səlahiyyətlərinə aid olduğundan bütün sualların dəqiq cavabı da Prezidentdən asılıdır.

Yeri gəlmişkən, Ramiz Mehdiyevin yola salınmasından sonra Prezident Administrasiyasında vakant vəzifələrin sayı 3-ə çatıb.

Modern.az-ın məlumatına görə, Əli Əsədovun Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsindən azad edilib, Baş nazir postuna aparılmasıyla (8 oktyabr 2019 tarixdə) həmin kürsü də boşalıb.

Daha əvvəl isə Administrasiyanın İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin rəhbərliyində vakansiya yaranmışdı. Həmin şöbənin müdiri Rövşən Nəcəf (2018-ci ilin mayında təyin edilmişdi-red.) bu ilin mayında Vergilər Nazirliyinin yeni yaradılmış Maliyyə Monitorinq Xidmətinin direktoru vəzifəsinə aparılmışdı.

Beləliklə, Prezident Administrasiyasında üç yüksək vəzifəyə təyinat gözlənilir.

Bununla yanaşı, ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatlarının yeni dalğası barədə xəbərlər var.

Hökumətdə yeni dəyişikliklərin olacağını Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da modern.az-ın sualını cavablandırarkən təsdiqləyib.

"İslahatların miqyası göstərir ki, burada söhbət artıq yeni kursdan gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edəcək. İslahatların əsas istiqamətlərinə baxanda yaxın keçmişdə toxunulmaz hesab edilən vergi, gömrük, fiskal sferada radikal islahatlar və şəffaflaşmanın şahidi olduq, məhkəmə islahatlarına start verildi. Bütövlükdə struktur və kadr islahatları geniş vüsət alıb. Əməkhaqlarının artırılması əmək bazarının formalaşmasında mühüm rol oynayır".

Elman Rüstəmov deyib ki, islahatların dalğası gəlir və onun əhatəsi daha da genişlənəcək:

"Bu islahatların mərkəzində isə dövlət maliyyəsindən, dövlət sektorundan özəl sektora, bazar qüvvələrinə və xarici investisiyalara arxalanmaq dayanır".

Şərhlər

XƏBƏR LENTİ