SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Xankəndinin meri Sərkisyan, Laçının meri Aleksanyan, Kəlbəcərin meri Çilingəryan oldu

Xankəndinin meri Sərkisyan, Laçının meri Aleksanyan, Kəlbəcərin meri Çilingəryan oldu

Tarix:

13-09-2019, 11:44

/ 974 dəfə oxundu.
Xankəndinin meri Sərkisyan, Laçının meri Aleksanyan, Kəlbəcərin meri Çilingəryan oldu

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim sentyabrın 8-də baş tutmuş faktiki bələdiyyə seçkilərini özləri üçün uğurla başa çatdırıb.

Moderator.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, Ermənistandan gələn və yerli müşahidəçilər Azərbaycan Respublikasının hüquqi torpaqlarında de-fakto keçirilən qanunsuz seçkilərdə elə bir ciddi “qanun” pozuntusu qeydə almayıb.

Seçkilərin nəticələri artıq elan olunub. Beləliklə, nə qədər acı olsa da, işğal altındakı bəzi şəhər və rayon mərkəzlərimizin yeni merləri ilə tanış olaq:

Xankəndi – David Sərkisyan, Şuşa – Artsvik Sərkisyan, Laçın- Narek Aleksanyan, Kəlbəcər – Sergey Çilingəryan, Ağdərə- Mişa Gürcyan, Xocavənd – Ayk Sərkisyan, Əsgəran – Samvel Ağacanyan, Hadrut – Vahan –Savadyan və s. və i.a.

P.S. Bizimsə separatçılara cavabımız bir-iki “kəskin” və “tutarlı” bəyanat, təsəllimiz isə Ermənistandan başqa heç bir dövlətin Qarabağdakı seçkiləri tanımaması oldu... Urra!!!

Şərhlər

XƏBƏR LENTİ