XalqXəbər.Az

"Pənahı da, İsası da, Sülhəddini də qələt edir" — Rəhim Qazıyev Sürət Hüseynovu MÜDAFİƏ ETDİ

yüklənir...
"Pənahı da, İsası da, Sülhəddini də qələt edir" — Rəhim Qazıyev Sürət Hüseynovu MÜDAFİƏ ETDİ
20-06-2019, 15:59
yüklənir...

Keçmiş müdafiə naziri Rəhim Qazıyev sabiq baş nazir Sürət Hüseynovun bu yaxınlarda yayılan səs yazısındakı fikirlərinə münasibət bildirib.

Rəhim Qazıyev Demokrat.az-a açıqlamasında deyib ki, 1992-ci ildə Mərdəkan görüşünün keçirilməsi ilə bağlı Sürət Hüseynovun söylədiyi fikirlər doğrudur:

"Bu görüş 1992-ci il noyabrın 5-də keçirilib. Görüşdə Sürət Hüseynovun dediyi adamlardan yalnız Arif Hacılıdan savayı hamı iştirak edib. Ancaq həmin görüşlə bağlı nə Pənah Hüseyn, nə də Sürət Hüseynov düz danışmır. Çünki Mərdəkan görüşünü Sürət Hüseynovun təşəbbüsü ilə mən təşkil etmişəm. Ancaq orada ermənilə danışıqlara gedib-getməməklə bağlı heç bir söhbət olmayıb. Görüşün məqsədi siyasi qüvvələri birləşdirib, Qarabağı azad etmək idi. Sürət Hüseynov məsələ qaldırdı ki, gəlin ermənilərə qarşı birləşək, qısa müddətdə torpaqları azad edək. Hətta, Sürət Hüseynov söz verdi ki, torpaqlar azad ediləndən sonra siyasətdən gedəcək. Mən bu barədə çox danışmaq istəmirəm. Yaxşı olar ki, Mərdəkan görüşünün iştirakçıları ilə yenidən bir araya gəlib debat keçirək".


R.Qazıyev Sürət Hüseynova qarşı AXC-Müsavat hakimiyyətinin də səhvlərinin olduğunu söyləyib:

"Kimsə deyirsə ki, guya Sürət Hüseynova mən dəstək verirdim və sairə, bütün bunlar cəfəngiyyatdır. AXC-Müsavatın digər funksionerlərindən fərqli olaraq mən hakimiyyətə əsgər kimi gəlmişdim. Onların hərəsi özünə bir bağ yaradırdı. Bunu mən də yarada bilərdim. Mən xalqımıza inanıb vəzifəyə əsgər kimi gəlmişdim. Onlar 27 ildir ki, dalımca danışırlar. Pənahı da, İsası da, Sülhəddini də qələt edir. Mən nazir olanda onların 28-30 yaşları var idi, amma əllərinə silah alıb cəbhədə 1 saat belə döyüşməyiblər. Məndən sonra onların heç biri bir qarış torpaq almayıb. Torpağı təkcə biz qeyrətli övladlarımızın hesabına almışıq. Mən çox istərdim ki, Mərdəkan görüşünün iştirakçıları yenidən bir araya gəlsin, oturub müzakirə edək. Hər kəs öz sözünün desin, görək kim haqsız danışır".

Sabiq nazir əlavə edib ki, Sürət Hüseynovun bu xalq və dövlət üçün xidmətləri böyükdür:

"Ancaq Sürət Hüseynov da "mən, mən" deyərək, özünü məhv etdi. Ümumiyyətlə, mən-mən deyən adamları qəbul etmirəm".

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.