SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident İlham Əliyev israilli həmkarını təbrik edib

Prezident İlham Əliyev israilli həmkarını təbrik edib

Tarix:

8-05-2019, 17:46

/ 937 dəfə oxundu.
Prezident İlham Əliyev israilli həmkarını təbrik edib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Reuven Rivlinə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Şərhlər

XƏBƏR LENTİ