SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Artur Rasizadəni istefaya göndərilir?

Artur Rasizadəni istefaya göndərilir?

Tarix:

2-03-2017, 09:47

/ 1 951 dəfə oxundu.
Artur Rasizadəni istefaya göndərilir?

Bəlli olduğu kimi, Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatını martın 17-də təqdim olunacaq.
Hesabatı baş nazir Artur Rasizadə təqdim edəcək.

Bu məsələ ilə bağlı hakimiyyətdəki mənbələrdən daxil olan məlumata görə, bu tarix A.Rəsizadənin karyerasının son günü olacaq: Həmin gün hesabat qəbul ediləcək və ardınca da prezidentin təqdimatı ilə A.Rasizadənin baş nazirlikdən azad edilməsi məsələsi səsə qoyulacaq. Elə həmin iclasdaca prezidentin təqdimatı ilə yeni baş nazir təsdiqlənəcək."

Mənbə yeni baş nazirin kimliyi ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkib: "Müxtəlif adlar hallanır. Buraya indiki nazirlərlə yanaşı, yeni simaların adları da çəkilir. Son qərarı təbii ki, prezident verəcək".

Mənbənin sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyindən artıq A.Rasizadə "əvəzedilməz ikinci şəxs" statusunu itirib: İndi ölkənin ikinci şəxsi birinci vitse-prezidentdir. O biri tərəfdənsə, ölkədə işlək baş nazirə ehtiyac var ki, 82 yaşlı Rasizadə bu standarta qətiyyən cavab vermir".

istiqlal

Şərhlər

XƏBƏR LENTİ