SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Birinci xanım deputat mandatını təhvil verəcək

Birinci xanım deputat mandatını təhvil verəcək

Tarix:

1-03-2017, 10:56

/ 1 822 dəfə oxundu.
Birinci xanım deputat mandatını təhvil verəcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva deputat mandatını təhvil verəcək

Bu barədə Mehriban Əliyeva “Rossiya 24” kanalına müsahibəsində deyib.

“Mən artıq 12 ildən çoxdur ki, parlamentin deputatıyam. Qanunvericiliyə görə, öz səlahiyyətlərimi təhvil verməliyəm. İndi artıq deputat səlahiyyətlərimin təhvil verilməsi prosesi gedir. Əlbəttə, mən bütün bu illəri dərin minnətdarlıqla xatırlayıram. Çünki, əvvəla, bizim ölkə parlamentində həmkarlarla, ən əsası isə seçicilərlə ünsiyyətimiz, fəaliyyətimiz olub. Bu, mənim üçün böyük təcrübədir”,- deyə Birinci vitse-prezident bildirib.

Qeyd edək ki, Mehriban Əliyeva Milli Məclisdə 4 saylı Xəzər ikinci seçki dairəsini təmsil edir.

Şərhlər

XƏBƏR LENTİ