XalqXəbər.Az

Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu

Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu
21-02-2018, 13:01

Azərbaycan Demokrat Partiyası aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar verib.

Partiyadan daxil olan məlumata görə, qərarda bildirilir ki, ölkədəki ictimai siyasi vəziyyət, siyasi coğrafiyamızda baş verən təhlükəli proseslər, ölkənin avroatlantik məkana inteqrasiyasının vacibliyi, eləcə də demokratik prosedurların işləməsinin mövcudluğunun müstəsna əhəmiyyətini nəzərə alaraq partiya 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq belə bir qərar verib.

Qeyd edək ki, partiyanın seçkidə namizədi ADP sədri Sərdar Cəlaloğludur.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.