SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyevin görüşdən imtinasına YAP-dan dəstək

İlham Əliyevin görüşdən imtinasına YAP-dan dəstək

Tarix:

7-02-2017, 11:52

/ 1 526 dəfə oxundu.
İlham Əliyevin görüşdən imtinasına YAP-dan dəstək

Azərbaycan prezidenti İlham Əliyevin ötən gün Brüsseldə Avropa Parlamentinin sədri Antonio Tajani ilə görüşməkdən imtina etməsi hakim partiyadan dəstək verilib.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə açıqlamasında bildirib ki, mətbuatada gedən məlumatlara görə, prezidentin Avropa Parlamentinin sədri ilə görüşməkdən imtina etməsinin səbəbi bu qurumun Azərbaycana qarşı bir qayda olaraq qeyri-obyektiv mövqe tutması ilə bağlıdır: “Hətta qərəz o səviyyəyə gəlib çatır ki, ölkə başçısının Brüsseldə səfərdə olduğu vaxtda Avropa Parlametində Azərbaycan əleyhinə dinləmələr keçirilir. Xaricdən maliyyələşən, antiazərbaycan mərkəzlərinin nümayəndələri ilə Avropa Parlamenti sədrinin görüşü nəzərdə tutulur. Şübhəsiz ki, özünün ləyaqətinə hörmət edən heç bir dövlət belə olan halda həmin strukturun rəhbəri ilə görüşə getməz.

Görüş hər iki tərəfinin bir-birinə hörmətinin, yaxşı münasibətdə olmasının marağını ortaya qoymasının bir göstəricisidir. Bu təkcə protokol tədbiri olmayıb eyni zamanda münasibətləri daha da yaxşılaşdırmaq üçün unikal bir imkandır. Cənab prezidentin dünən Brüsseldə keçirdiyi görüşlər Avropa Birliyinin Azərbaycanla münasibətlərə çox böyük maraq göstərdiyini göstərir.

Avropa Parlamenti isə hələ bunu görə bilmir. Baxmayaraq ki, qurumun rəhbərliyi də dəyişdi. Çox istərdik ki, bundan əvvəlki kimi Azərbaycanı daim neqativ şəkildə dünyaya təqdim etmək əhval ruhiyyəsi Avropa Parlameti rəhbərliyinin gündəlik iş fəaliyyətindən çıxarılsın”.

Şərhlər

XƏBƏR LENTİ