SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əli Ömərov YAP-dan istefa verdi

Əli Ömərov YAP-dan istefa verdi

Tarix:

20-09-2017, 17:20

/ 78 990 dəfə oxundu.
Əli Ömərov YAP-dan istefa verdi

Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov iki ildir üzvü olduğu Yeni Azərbaycan Partiyasından (YAP) istefa verib.

Bu barədə YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü Kərim Kərimov məlumat verib.

K.Kərimov deyib ki, ötən gün Əli Ömərov üzvü olduğu YAP Nəsimi rayon təşkilatına istefa ərizəsi ilə müraciət edib:

“Əli Ömərov öz istəyi ilə YAP-dan istefa verib. O, 2014-cü ilin noyabr ayında YAP-a müraciət edərək, partiyaya üzv olmuşdu. İndi də öz istəyi ilə çıxıb. Bu onun öz istəyidir və heç kəs buna müdaxilə edə bilməz”.

Məsələ ilə bağlı Əli Ömərovla da əlaqə saxlamışıq.

O, açıqlamasında YAP-dan istefa verdiyini təsdiqləyib.

“Ölkə.Az”

Şərhlər

XƏBƏR LENTİ