Mustafa Ceceli evləndi

Mustafa Ceceli evləndi Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli Selin İmerlə evlənib.

Ailə üzvləri və ən yaxın dostların iştirak etdiyi toy mətbuata qapalı olub.

O, mediaya qarşı ciddi tədbirlər görüb. Villanın təhlükəsizlik xidməti yüksək səviyyədə qurulub, küçəyə mühafizəçilər nəzarət edib.

Nikahın baş tutduğu məkan isə dəvətlilərdən başqa heç kəsə deyilməyib.
Geri qayıt