Daha iki türk məşhurdan - Zəhrayla bağlı paylaşım

Daha iki türk məşhurdan - Zəhrayla bağlı paylaşım İki yaşlı Zəhra Quliyevanın erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə türk məşhurların reaksiyası davam edir.

Ötən gün pop ulduz Hadisənin sərt açıqlamasından sonra daha iki ulduz: Mahsun Kırmızıgül və Hülya Avşar hücumu pisləyib.

Mahsun sivil insanları öldürənləri lənətləyib:

“Körpə Zəhra nənəsi ilə birlikdə Azərbaycanda qətl edilib. Bu ərazidə uşaqlar hələ ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kimliyinin heç bir önəmi yoxdur. Sivil insanlara qarşı edilən bu kimi alçaq hücumlar kim edirsə etsin, onlara min dəfə lənət olsun”.

Müğənni-aktrisa Hülya Avşar da “Bunun adı terrordur, uşaq qatilləri cəzasız qalmamalıdır” başlıqlı xəbəri paylaşaraq hadisəni pisləyib.
Daha iki türk məşhurdan - Zəhrayla bağlı paylaşım
Daha iki türk məşhurdan - Zəhrayla bağlı paylaşım
Daha iki türk məşhurdan - Zəhrayla bağlı paylaşım
Geri qayıt