Mügənni Günay Bəylərqızı ölkə başçısının ad verdiyi xalq artistlərini aşağıladı - FOTO

Mügənni Günay Bəylərqızı ölkə başçısının ad verdiyi xalq artistlərini aşağıladı - FOTO Hər kəsə bəllidir ki, son dövrlər ölkəmizdə hüquq-mühafizə orqanlarının sosial şəbəkələrə nəzarəti olduqca geniş vüsət alıb. Hətta ağzının danışığını bilməyənlər sosial şəbəkədə təhqir dolu söyüşləri ətrafdakılara yağdırırlar. Nəticədə bir neçə saat çəkməmiş hüquq-mühafizə orqanları operativ şəkildə həmin şəxsləri taparaq, məsuliyyətə cəlb edir. Kimliyindən və statusundan asılı olmayan şəxslərin üzr videoları cəmiyyətə təqdim olunaraq, çirkin əməllərə yol verməmək üçün tənbeh olunurlar.   

Təminən 3-4 gün əvvəl özlərini blogger kimi cəmiyyətə sırımaq istəyən “Daqqlı” ləqəbli şəxs və Səbuhi Xanlarov həmçinin digər tiktokerlər buna əyani sübutdur.  

Çox təəsüflər olsun ki, bu cür tiplərin əksər hissəsini şou-biznes nümayəndələri təşkil edir. Bütün günü restoranlarda bir mahnını normal oxuya bilməyən və açdıqları sosial şəbəkə hesablarında bir cümləni normal yazmaqda çətinlik çəkənlər gəlib ölkə başçısının ad verdiyi xalq artistlərini məsxərəyə qoyur. 

Özünə müğənni deyən bu xanım izləyicilərini təhqir edir. Bununla kifayətlənməyib digər həmkarlarını da təhqir edir və onlara yuxarıdan aşağıya baxır. Bu şəxs unutmamalıdır ki, əgər o bu gün oxumaqla pul qazanırsa, ona həmin qazancı təhqir etdiyi xalq verir. 

Əgər ifa etdiyi mahnılara görə pul almasa oxumağı da heç bir işə yaramaz. Bəs bu adam kimdi axı ona çörək verən şəxsləri təhqir edib, aşağılayır? Görünür pulu çoxalıb. Xalqımız vaxtında belə toy muğənnilərini hörmətə mindirib adam eləyir, sonra da belə…

"Azərbaycan Reallığı" məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına sorğu göndərib. Sorğmuza cavab olaraq bildirilir ki, iş vaxtı olmadığı üçün sözü gedən müğənni Günay Bəylərqızının məlum statusu ilə bağlı iş vaxtı başlayandan dərhal sonra araşdırma aparılıb, hüquqi qiymət veriləcək.

Hələ həmkarlarına yuxarıdan aşağı baxması ayrı mövzudu. Axı sən kimsən ölkə rəhbərinin müxtəlif adlarla təltif etdiyi sənət adamlarından özünü üstün sayırsan. Kim verib o haqqı sənə? Əgər sən yaxşı müğənni olsaydın o adları təhqir etdiyin həmkarların yox sən alardın. Ən azından birini...

Geri qayıt