Britni adını dəyişdi

Britni adını dəyişdi  Amerikalı pop ulduz Britni Spirs adını River Red olaraq dəyişdirdiyini açıqlayıb.

Xalqxeber.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb.

Britni “Adımı River Red olaraq dəyişdirdim”, - deyə paylaşımında qeyd edib.

Müğənni instaqram səhifəsinin başlığında da adını yeniləyib.

Qərb mediası artıq müğənninin niyə məhz bu adı seçməsi ilə bağlı öz versiyasını irəli sürüb. Bu, onun beş illik münasibəti olan müğənni-bəstəkar Castin Timberleyklə olan sevgisinə işarə ola bilər.
Geri qayıt