“Kurtlar vadisi”nin aktyoru “Kuruluş Osman”da

“Kurtlar vadisi”nin aktyoru “Kuruluş Osman”da  
Türkiyənin ən baxımlı seriallarından biri olan “Kurtlar Vadisi”nin “Baltazar”ı Murat Aydının yeni layihəsi bəlli olub.

Xalqxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, son bir neçə gündə ən yaxşı beynəlxalq aktyor mükafatına layiq görülən Murat Aydın ekranların sevilən istehsallarından biri olan “Kuruluş Osman” serialına çəkilib.

Belə ki, Murat Aydın “Kuruluş Osman” serialında “vəzir Saveli”  obrazını canlandırır.

Məşhur aktyorun yeni rolu böyük rəğbətlə qarşılanıb.
Geri qayıt