"Mən də xəyanət etmişəm" - Nadir Qafarzadə

"Mən də xəyanət etmişəm" - Nadir Qafarzadə  
"Hansı nəsildə kişi var ki, heç vaxt xəyanət etməyib? Ya da edib, indi etmir... Harada insan, qadın, kişi var, mümkün deyil. Xəyanətkar gəlib demir ki, etdim. Edir... Dünən də var idi, bu gün də var, sabah da olacaq".

Bu sözləri müğənni Nadir Qafarzadə "MTV maqazin"ə açıqlamasında deyib. Xəyanətdən danışan ifaçı özünün də bir vaxtlar etdiyini söyləyib:

"Bəlkə də etmişəm... Cavanlıqda etmişəm. Həyat yoldaşım bilib. Amma evliliyə qədər olub. Bu da xəyanət sayılmır. Demirəm bundan sonra etməyəcəm. İnsanıq, şeytan bizi yoldan çıxarır".
Geri qayıt