Azərbaycanlı model ilk sevgilisi ilə evlilik proqramında görüşdü - Video

Azərbaycanlı model ilk sevgilisi ilə evlilik proqramında görüşdü - Video “Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində bəy namizədi olan azərbaycanlı model Əli Əkbər illər sonra canlı efirdə ilk sevdiyi xanımla görüşüb.

Bir müddət öncə proqramda ilk sevgisini unutmadığını etiraf edən Əli Nurlana qarşısında həyəcanını gizlədə bilməyib. O, Nurlana ilə münasibətlərindən bəhs edib:

“Onunla model kastinqlərinin birində tanış olmuşduq. O zaman Nurlananın 18 yaşı vardı. 2 il bərabər olduq. Mənim maddi gücüm yox idi, Nurlana isə münasibətlərimizi rəsmiləşdirmək istəyirdi. Onun üçün ondan ayrıldım. Ətrafımda maddiyyata görə əziyyət çəkən cütlüklər çoxdur. Onları sevgilimə yaşatmaq istəmədim. Onun mənə qarşı heç vaxt pis hərəkəti olmayıb. Geyimini, oturub- durmasını, danışığını bilib. Ondan ayrıldığım üçün peşmanamş Çünki onun kimi qadın tapmadım”.

Nurlana isə Əliyə qarşı əsəbi olduğunu bildirib: “Buraya niyə gəldiyimi bilmirəm. O mənim adımı çəkən kimi düşünmədən zəng etdim. Gəlsəm də, Əliyə qarşı əsəbiyəm, onu bağışlamamışam. Kaş ki, o zaman mənə səbəb deyəydi. Mənə heç nə demədən çıxıb getdi. Depressiyaya düşdüm. Onu ilk burada kiməsə aşiq olub çıxdığını görəndə çox pis oldum”.

Daha sonra Nurlana ağlamağa başlayıb. Cütlük ilk dəfə bir-birini görəndə qucaqlaşaraq duyğusal anlar yaşayıb.

Əli Nurlananın həyatının qadını olduğunu və onunla evlənmək istədiyini deyib.

Qeyd edək ki, azərbaycanlı model ilk dəfə proqramda Naz adlı iştirakçıya elçi düşüb.
Geri qayıt