Elmiri xəstəxanaya apardılar - “Həkimlər deyir ki, yaşayacam…”

Elmiri xəstəxanaya apardılar - “Həkimlər deyir ki, yaşayacam…” “Dəyirman” qrupunun eks-solisti Elmir Məhərrəmov xəstəxanaya yerləşdirilib.

Reper Xüsusi Müalicə Sağlamlıq Kompleksində müalicə alır.

Elmir hətta ötən günü anası ilə bağlı paylaşdığı statusda vəziyyətinin ağır olduğunu bildirib:

“Həkimlərim deyir ki, yaşayacam, amma müalicə almalıyam. Mənə yaxşı baxırlar. Yaxınlarım, qohumlarıma təşəkkür edirəm. Ancaq bir şeydən xilas ola bilmirəm: Anamla xəstəxanalarda keçirdiyim zaman üçün darıxıram”.

Xəstəxanadan verilən məlumata görə, Məhərrəmovun müalicəsii davam edir, vəziyyəti ortadır.

Lakin onlar Elmirin hansı xəstəlikdən müalicə almağı barədə verilən sualı cavabsız qoyublar.
Geri qayıt