'Efirdə yardım edəcəyini deyib, sonra vermədi" - Zaurun yalanını ifşa etdi

'Efirdə yardım edəcəyini deyib, sonra vermədi" - Zaurun yalanını ifşa etdi Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aparıcı Zaur Kamalla bağlı etiraf edib
"Həmin Zaur" proqramında aparıcının musiqiçi ilə bağlı dediyi "Deyir ki, 30 manatdan pul yığın gəlin bağıma sizə kabab bişirim. Utanmırsan?" sözləri qarşı tərəfi əsəbiləşdirib.
Buna cavab olaraq, Hüseyn Zaurla bağlı etirafı bölüşüb:
"Canlı efirdə yardım üçün pul yığırdıq. Dünyasını dəyişən musiqiçi dostlarımıza yardım edirdik. Zaur efirdə dedi ki, mən də 100 manat verəcəm. Reklam fasiləsində dedim ki, pulu ver. Qayıtdı ki, efirə görə deyirdim, başqaları verdi bəsdir".
Zaur isə klarnet ifaçısının mikrofonunun bağlanmasını istəyib. Aparıcı "Cibimdə pul yox idi, bir müğənninin sponsoru dedi ki, mən verəcəm. 50 manat verdi, 50 manatı qaldı" cavabını verib.
Geri qayıt