"Hər qadın istəyir, ər çörəyi yesin" - Pərvin

"Hər qadın istəyir, ər çörəyi yesin" - Pərvin Aktrisa aktrisa Pərvin Abıyeva bu günə qədər aldığı bahalı hədiyyələrdən danışıb.
 
ARB telekanalında yayımlanan "Həmin Zaur" proqramının qonağı olan aktrisa ən bahalı hədiyyəsinin 30 min manat ilduğunu açıqlayıb:
 
"İndiyə kimi aldığım ən bahalı hədiyyənin qiyməti 30 min olub. Ziynət əşyası idi. Başqa hədiyyələri deməyim".
 
30 yaşlı sənətçi şəxsi həyatından da danışıb:
 
"Atam tez-tez deyir, eşitdirir ki, hamının qızı getdi. Görür özümdə işə yaramır, bacıma deyir. Atam anamı qaçırdıb. İkisi də Bakıda təhsil alıb. Həmin vaxt tanış olublar. Ərə gedəndə ər mənə baxacaq. Hər qadın istəyir ər çörəyi yesin"
Geri qayıt