"Dubayda gəlinlik paltarını seçərkən Rzadan ayrılıq mesajı gəldi" - Günel

"Dubayda gəlinlik paltarını seçərkən Rzadan ayrılıq mesajı gəldi" - Günel Müğənni Günel Zeynalova  məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramına qonaq olub. 
İfaçı proqram boyunca Ebru Gündeşlə yeni boşanan keçmiş sevgilisi, iş adamı Rza Zərrabla bağlı sualları cavablandırıb.
Günel bildirib ki, Dubayda gəlinlik paltarını seçərkən Rza Zərrab ona ayrılıq mesajı yazıb:
"Bizim münasibətdə maddiyat rol oynamırdı. Bəziləri deyir, sonradan görmüş. Elə deyildi. Bəli, geyinmişəm gəlinliyi. Amma sonrakı peşmançılıq fayda verməz. Yəqin kişiyin içinə şeytan girir. Sonra xətasını anlayır. Xətasını tez anlamışdı, bir həftə sonra"
"Onu yenidən qəbul edərsən" sualına Günel "Nə qədər insan bağışlamıram, qəbul etmirəm desə də, böyük danışmayım. Həyat elə gətirər ki, deyərlər, nə oldu? Ona görə də deməyim. Zaman hər şeyi düzəldəcək" cavabını verib.
Geri qayıt