"Rusiyada toya burdakından da baha gedirik" - Könül Kərimova

"Rusiyada toya burdakından da baha gedirik" - Könül Kərimova Əməkdar artist Könül Kərimova Rusiyada toylara ucuz getməsi məsələsinə münasibət bildirib.
O , bu barədə "Günün sədası" proqramında ifaçıların orada ancaq yarım və 1 saatlıq toylara getdiyini deyib:
"Rusiyaya gedən müğənnilərin hərəsi bir qonorar tələb edir. Burada bütöv toy deyil. Çünki onlar bir ifaçını çağırıb, axıra qədər ona qulaq asmırlar. Yarım və 1 saat gedirik. Burada neçəyə gedirdiksə, qiymət eynidir və hərdən artıq da olur. Çox yanlış fikir formalaşdırılıb. Hələ müğənni toyda qəşəng şabaş da yığır. Orada belə bir hörmət də var. Müğənniyə hörmət xatirinə pul da verirlər".
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova Rusiyaya toya gedən sənət adamlarının ucuz qiymətə toy və konsertlərə getdiyini söyləyib. Sevil və Sevinc Səfərova bacıları isə "Göyərti qiymətinə toya gedirlər" sözləri ilə gündəmə gəlmişdilər.
Geri qayıt