Xatirə İslam səhnədən getdi

Müğənni "Günün sədası" verilişində qonaq olarkən bir sıra açıqlamalar verib. O, bildirib ki, yenidən ana olmaq istəyir amma bununla bağlı o, müalicə etdirir. Müğənni əlavə edib ki, yenidən ana olana kimi səhnəyə çıxmayacaq:
"İnşallah ana olandan sonra qayıdacam. Yaşımla və səhhətimlə əlaqədar olaraq bu müalicə mənim son şansımdı. İnşallah qismət olsa ana olandan sonra səhnəyə qayıdacam".