“Eurovision“ təmsilçimizdən Azərbaycan bayrağına hörmətsizlik - FOTO

Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.
Yenisabah.az xəbər verir ki, yarımfinal zamanı ölkəmizi təmsil edən sənətçilərdən birinin bayrağa qarşı münasibəti təəssüf doğurub.
Belə ki, o, Azərbaycan bayrağını ayağının arasında saxlayıb. Bayrağın bu şəkildə saxlanılması sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.
