Valideynlərinin ölümündə həkimləri günahlandırdı

Valideynlərinin ölümündə həkimləri günahlandırdı Əməkdar artist Səlim Abbasov bir neçə gündür dünyasını dəyişən valideynlərinin ölümündə həkimləri günahlandırıb.
Axşam.az xəbər verir ki, skripka ifaçısı bu haqda İnstaqramda yayımladığı videoda deyib. O bildirib ki, valideynləri koronavirusa yoluxmayıb, onlara səhv diaqnoz qoyulub:

"Anamla atam koronovirus deyildi, ikisi də şəkərli diabetdən müalicə alırdı. Allah qeyri-peşəkar həkimlərin bəlasını versin. Keyfiyyətsiz xəstəxanalar uçurulsun. Anamla atam belə ölümə layiq deyildi. Mənim adımdan istifadə edib, koronavirus dedilər. Allah heç bir ailəyə belə dərd göstərməsin".

Qeyd edək ki, musiqiçinin atası Vaqif Abbasov bir həftə əvvəl vəfat edib. Bir neçə gün əvvəl isə onun anası Laləgül xanım dünyasını dəyişib.
Geri qayıt