Məşhurlar 8 Martda nə qədər qazanacaqlar?

Məşhurlar 8 Martda nə qədər qazanacaqlar? 8 Mart - Beynəlxalq Qadınlar Günündə bir çox sənətçilərimiz müxtəlif məkanlarda çıxış edəcəklər.

Məsələ ilə bağlı "MTV Azərbaycan"ın əməkdaşları məşhurlar arasında sorğu keçirərək həmin gün qazanacaqları qonorarı öyrəniblər.

Xalq artisti Aygün Kazımova 1 saatlıq çıxış üçün 15 min manat məvacib alacaq.

Xalq artisti Miri Yusif isə bir restoranda çıxış edəcək və külli miqdarda qonorar alacaq.

20-dən çox restorandan təklif alan müğənni Səidə Sultan 5 məkanla razılaşıb. O, yarımsaatlıq çıxışa görə 2 min manat qazanacaq.

Nura Suri müxtəlif məkanlarla razılaşsa da, daha sonra onları təxirə salıb.

Niyam Salami isə öz restoranında çıxış edəcək. O, bunun üçün avtomobilini də satışa çıxarıb.
Geri qayıt