"Pul qazanan kişinin xəyanətini bağışlamalısan" - Əməkdar artist
Birinci yeməyi özüm yeyib, sonra kişiyə vermişəm. Çünki özümü çox istəyirəm, əzəldən belədir. Qadın çox zəhmətkeşdir: övlad saxlayır, pul qazanır. Özümə hörmət etməsəm, heç kim mənə hörmət etməz. Hər bir insan öz yerini bilməlidir. Kiməsə dəyərindən çox dəyər verəndə şişir. Fikirləşmir ki, hörmət edirsən.
Bu barədə Əməkdar artist Gövhər Rzayeva "Günün sədası" proqramında söhbət açıb.
Belə ki, qarmon ifaçısı kişi-qadın münasibətlərindən danışıb. O, kişi xəyanətini dəstəklədiyini bildirib:
"Pul qazanan kişi başqadı. Qadın ona daim qulluq etməlidir. Bir qadın bazara getmir, qiymət bilmirsə başqadır. Kişi əlidolu gəlib, qapını təpiklə vurub içəri girirsə, onun başına dolanaram, ayağını da yuyaram. Qadın evinin qulluqçusu olmalıdır. Mənə qarşı diqqəti varsa, başıma dolanırsa, niyə ona qulluq etməyim? Düz danışıram. Atam qazanırdı, anam ev xanımı olub. 52 yaşında rəhmətə gedib. Anam o günədək bazara getməyib. O, çörəyin qiymətini bilmirdi. Bazarlığa gedəndə çörəyin qiymətini soruşub, sonra ağlayıb. Deyib ki, bu yaşadək çörəyin qiymətini bilməmişəm. Ona belə kişi qulluq edib. Razıyam, bu cür kişilər gedib xəyanət etsinlər. Mənə qəbuldur. Onsuz əvvəl-axır evinə qayıdacaq. Səni ər əl üstündə saxlayırsa, xəyanətini bağışlamalısan".
Geri qayıtBu barədə Əməkdar artist Gövhər Rzayeva "Günün sədası" proqramında söhbət açıb.