Lalə Məmmədova koronavirusa getdiyi verilişdə yoluxduğunu iddia edir

Lalə Məmmədova koronavirusa getdiyi verilişdə yoluxduğunu iddia edir "Dünəndən bəri sizin nigarançılığınıza səbəb olduğum üçün hamınızdan üzr istəyirəm. Zəng edib soruşan, yazan, dua edən hər kəs sağ olsun”.

“MediaPost” xəbər verir ki, bu sözləri ailəsi ilə birgə koronavirusa yoluxan Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb.

“Virus ailəmizdən yan keçmədi. Bir ailənin kiçiyindən tutmuş böyüyünədək hamısının xəstələndiyini gözünüzün qabağına gətirsəniz, səhnə sizə bəlli olacaq. 7 yaşlı kiçik qızım belə iybilmə, dadbilməni bilmir. Qorunun, yaşlıları qoruyun. Hər gün haldan-hala düşən valideynlərimi görmək bilsəniz nə qədər ağrılıdır. Ağrılı və vicdan əzablı. Bu gün Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşı məndən xəstəliyin yoluxma səbəbini və ilkin şəxsin kim olduğunu soruşanda ürək ağrısıyla “mənəm” dedim. Ancaq son yoluxma ehtimal olunan məkan - TV kanallarımızın adını demədim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil. “Efirimizə niyə gəlmirsiniz?” deyib giley-güzar edən TV işçiləri, dostlarım! Siz maska geyinsəniz də, biz maska taxıb çıxıb efirdə oxumuruq. Bu halda biz sənətçilərin yoluxma riski daha çoxdur. İnşallah hər şey yoluna düşər və biz yenə efirlərdə görünərik. Diqqətli olun. Bir adamın yoluxması 1 ailənin yoluxmasına səbəb olur. Allah balalarımızı və valideynlərimizi qorusun. Tanrı xalqımızı qorusun”, - deyə sənətçi bildirib.
Geri qayıt