Nadir Qafarzadə: "Bu gün hər kəs sandığını əsgərlərimiz üçün açmalıdır"

Nadir Qafarzadə: "Bu gün hər kəs sandığını əsgərlərimiz üçün açmalıdır" Bu barədə müğənni sosial şəbəkədə məlumat payaşıb. Müğənni hər kəsi orduya dəstək olmağa çağırıb:

"Milyonlar, minlər lazım deyil. Hər kəs bacardığı yardımı etsə bəs edər. Artıq həmin məqam yetişib. Bu gün hər kəs sandıqlarını əsgərlərimiz üçün açmalıdır. Mən də gücüm çatanı etmək istədim".

Qeyd edək ki, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən Orduya dəstək məqsədilə bir çox şirkət rəhbərləri, eləcə də adi vətəndaşlar Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürür və ya əsgərlərə tibbi ləvazimatlar, ərzaqlar göndərirlər.
Geri qayıt