"Allahın işidir, ailədə dava, qısqanclıq, söz-söhbət olur"

"Allahın işidir, ailədə dava, qısqanclıq, söz-söhbət olur" "Bizim ailədə qısqanclıq olur. Onsuz mümkün deyil. Biz azərbaycanlıyıq, müəyyən qanunlarımız var. Davaya gətirib çıxaracaq qısqanclıqlarımız olmur".
Bu sözləri müğənni Elçin Cəfərov "10-da görüşək" proqramında deyib. Sənətçi ailə həyatından bəhs edib. O, həyat yoldaşı ilə aralarında qısqanclıqların yaşandığını etiraf edib:

"Həyatın axarında başına nə gələcək bilmirsən, Allahın işidir. Yaxşı düşünüb, qərar verməlisən ki, bununla evlənirsən və sona qədər yaşayacaqsan. Dava-dalaş da, söz-söhbət də, qısqanclıq da olur. Biri var ailə, biri də var yaşadıqca ailə olursan. Bu daha önəmlidir".

Qeyd edək ki, Elçin xalq yazıçısı Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub. Onların Can adlı bir oğlu var.
Geri qayıt