"Ata olmaq istəmirdim, Xoşqədəm razı saldı”

"Ata olmaq istəmirdim, Xoşqədəm razı saldı” Müğənni Doğuş və aparıcı xanımı Xoşqədəm Hidayətqızı İstanbulda görüntülənib.

Gəzinti zamanı Türkiyə KİV-nə açıqlama verən Doğuş iyun ayında təqdim etdiyi “5-li” albomu barədə danışıb:

“Albom uğurlu oldu. Pandemiya olmasına baxmayaraq, gözəl təkliflər gəlir. Sentyabrın sonunadək 6 dəfə səhnəyə çıxacam. Bu il çox tətil etmədik. Ona görə də indi ailəmlə hava almağa çıxmışıq”.

Doğuş uşaqları çox sevdiyini, lakin bir zaman ata olmaq istəmədiyini deyib. O, X. Hidayətqızı sayəsində fikrindən daşındığını söyləyib: “Bu iyrənc dünyaya övlad gətirmək çətin bir iş idi. Şükürlər olsun ki, aslan kimi bir xanımım var. O, məni razı saldı”.

Sənətçi bir neçə gün sonra Azərbaycana qayıdacaqlarını da qeyd edib.
Geri qayıt