Azərbaycanlı müğənni dəbdəbəli ad günü keçirdi - VİDEO

Azərbaycanlı müğənni dəbdəbəli ad günü keçirdi - VİDEO Müğənni Nüşabə Musayeva məşhur restoranların birində özünə ad günü şənliyi təşkil edib.

Oxu.Az-ın məlumatına görə, şənlikdə onun dostları və yaxınları iştirak edib.

Bununla bağlı N.Musayeva “Instagram” səhifəsində paylaşım edərək, ad günündə yanında olan dostlarına təşəkkürünü bildirib.

Ad günündəki maraqlı görüntülərdən biri də arxa fondakı bəy gəlinin rəqsi olub.

Qeyd edək ki, hazırda Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejimi tətbiq edilir.
Geri qayıt