"Qadını yaşatmaq istəyirsənsə, onu insan kimi sev" - Əməkdar artist

"Qadını yaşatmaq istəyirsənsə, onu insan kimi sev" - Əməkdar artist "Əgər bir insanda qüsur tapmaq istəyirsənsə, birinci otur güzügünün qabağında. Özündə olan qüsurları gör, sonra etiraz et. Əgər dostluq edib, çörək kəsirsənsə, mübahisə olmamalıdır. O qədər oxuyanlar var ki... Həyat təcrübədir... Anam məni studiyalarda gəzdirərdi, atam gözündən qoymazdı. Sovetski məhəlləsində qalırdım, küçə ilə gedəndə özümü yığışdırırdım. Deyirdim, nəsə olar, deyərlər, filankəsin qızı dingildəyir. Allah heç kimi kiminsə yanında kasıb etməsin. İmkanlı səy söz deyir, deyirlər kefdir. Kasıb danışanda isə önəm vermirlər".
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 Canlı" verilişində deyib. Qarmon ifaçısı şou-biznesdə yaşanan qalmaqallardan bəhs edib.

Musiqiçi bildirib ki, insanlar son günlər çox aqresivləşib:

"Əvvəl insanlar başqa idi, indikilər fərqlidir. Həmin hava, çörək, sudur... Niyə dəyişmisiniz? Düşünün, özünüzə hesabat verin. Bu yaxınlarda qonşumla söz-söhbətim oldu. Kondisionerin suyunu çəkəndə dedi gəlib qıracam. Bir az sözümüz düşdü. Sonra peşman oldum ki, niyə qəlbini qırdım?

Hamının əlinə bir telefon düşüb, bir söz danışa bilmirsən yayırlar. Beşini də üstünə qoyurlar. İnsanlar vəhşiləşib. Var-dövlət pul hamının gözünü yumub. Kim özü ilə o dünyaya nəsə aparıb? Hər adama rəhmət, kəfən qismət olmur. Heç olmasa o dünyanızı qazanın. Hamımız pul istəyirik, amma təhəri var. Bacı-bacını var-dövlət üstə öldürür. Ata balanı ev üçün qovur".

Sevgidən danışan G.Rzayeva "Sevgi gözəldir, amma səni başa düşən ola. Qadını yaşatmaq istəyirsənsə, birinci onun qayğısına qal, eşit. İkinci ata kimi dəstək ol. Üçüncü isə onu insan kimi sev" sözlərini söyləyib.
Geri qayıt