"Ən yaxşısı ər çörəyi yeməkdir" - Ayan

"Ən yaxşısı ər çörəyi yeməkdir" - Ayan "Sakit baxış bütün hissləri bəlli edir. Son illər hər şeyə sakit yanaşdığım üçün uduzmuram".
Bu sözləri müğənni Ayan Babakişiyev "5/5" verilişində deyib. Sənətçi aparıcı Zaur Kamalın suallarını cavablandırıb.

O, "Açıq-saçıq, yoxsa qapalı geyim? Tək, yoxsa çox uşaq? ərə getmək, yoxsa oturub uşağına baxmaq" suallarına "Qapalı geyim yaxşıdır. Çoxuşaqlılıq... Yaxşısı oturub ər çörəyi yeməkdir. Məşhur olmaq indi çox asandır. Sevilmək çətindir" cavabını verib.

Ayan "Saf, yoxsa çoxbilmişsən" sözlərinə isə "Saf deyiləm, ağıllıyam" reaksiyasını verib.

İlk məhəbbətdən danışan ifaçı "Yalan söhbətdir ki, bir dəfə aşiq olursan. Birincidə zədə alırsansa, sondakına zərbə vurursan. onun ağrısını bu birilərdən çıxırsan" deyə, əlavə edib.
Geri qayıt