"Evin içində nə yaşandığını bilmirsiz" - Fərda boşanmasından danışdı

"Evin içində nə yaşandığını bilmirsiz" - Fərda boşanmasından danışdı "Bu saat ən asan şey insanları qınamaqdır. Yaşadıqlarından insan sığortalanmayıb. Hamının başına gələ bilər. Evin içində nə baş verdiyini heç kim bilə bilməz"...
Bu sözləri aktyor Fərda Xudaverdiyev "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi boşandığı üçün onu tənqid edənlərə cavab verib:

"Ayrıldım deyə, qınayırlar. İnsan yaşamadığı müddətdə qarşısındakını başa düşə bilməz. Oğullarım mənimdir, qardaşdırlar. Bu gün olmasa da, sabah onlar bir yerdə oturub-duracaqlar. O günlərin arzusu ilə yaşayıram".

Fərda artıq çəki almasından da bəhs edib. O bildirib ki, sosial şəbəkədə kökəldiyi üçün ona təhqirlər yazırlar:

"Su da içirəm kökəlirəm. Çox tənqid edilirdi ki, kökəlmisiniz. Ondan sonra başladım pəhrizə".
Geri qayıt