Elza Seyidcahanın avtomobili əlindən alındı - SƏBƏBİ İSƏ...

Elza Seyidcahanın avtomobili əlindən alındı - SƏBƏBİ İSƏ... Əməkdar artist Elza Seyidcahan yol hərəkəti qaydalarını pozduğuna görə avtomobili əlindən alınıb.

Bu barədə Zaur Baxşəliyevin “Bizimləsən” verilişinin qonağı olan müğənni efirdə bildirib və bu səbəbdən də proqrama taksi ilə gəlməli olduğunu vurğulayıb.
E.Seyidcahanın sözlərinə əsasən, onun 5500 manat borcu var.

“Polislər bizə güzəşt etsələr də, radarlar etmir. Cərimələrin üstünə də sığorta və faiz gəlib, 5500 borc yığılıb”, - deyə müğənni qeyd edib.

Borcundan 3000 manatı ödədiyini bildirən Əməkdar artist karantin vaxtı olduğu üçün 2500 manatı ödəyə bilmədiyini vurğulayıb.
Geri qayıt