"Qadın depressiyaya düşəndə saçı, qaş-gözü ilə oynayır"

"Qadın depressiyaya düşəndə saçı, qaş-gözü ilə oynayır" Müğənni Roza Zərgərli görünüşündə tez-tez dəyişiklik etməsinin səbəbini açıqlayıb.
Sənətçi depressiyaya düşdüyünü etiraf edib. Bu haqda "Ona qalsa" proqramında danışan R.Zərgərli 5 aydır işsiz qaldığını deyib:

"Səhnə adamı tez-tez dəyişməlidir. Qadın depressiyaya düşəndə saçı, qaş-gözü ilə oynayır. Bu qədər işsiz oturmağa öyrəşməmişəm. Karantindən iki ay əvvəl də evdə oturmuşdum. Mənim üçün evdə oturmaq 5 ay davam etdi. Fikirləşirdim ki, karantin bitəndə iş başlayacaq".


Geri qayıt