"15 yaşımda metroda onu görəndə dedim ki, Allah, onu mənə ver" — Kamilə əri haqda

"15 yaşımda metroda onu görəndə dedim ki, Allah, onu mənə ver" — Kamilə əri haqda "Ən böyük arzum aktrisa olmaq idi. Anam məni qorxutdu ki, çətin peşədir. Mən də qorxaq insanam. Ona görə də fikrimi dəyişdim".

Bu, sözləri aparıcı Kamilə Babayeva "Söhbətsiz" verilişində deyib. O, yaradıcılığından, aktrisalıq arzusundan söz açıb.

K.Babayeva aparıcı Samir Bayramlının "Deyirlər, həyat yoldaşı uzun illər Kamiləni sevib" sözlərinə belə cavab verib:

"Kamilə onu sevib... 15 yaşım olanda onu metroda gördüm və vuruldum. Dedim ki, ay Allah, səndən nə gedir ki, onu mənə ver də. Nə tanıdım, nə adını bildim. 4 il sonra yenə də metroda görüşdük. Sonra bir-birimizi itirdik. Sonra yenə qarşılaşdıq və dostluq etdik.

Mənə deyirdi ki, oğlan kimisən, kaş oğlan olardın, sənlə müharibəyə, davaya getmək olardı. Deyirdim, bunlar nə danışır, mən nə hayda. Sonra 1999-cu ildə sevgi etirafı oldu, amma əsası olmadı. Üzərindən müyyən vaxt keçdi, Bakıdan getdim. Türkiyədə işlərim yaxşı gedirdi, hər şey əla idi. Sonra düşündüm ki, axı mənim 15 yaşından olan arzum var idi. Orada işimi bitirib gəldim və mübarizə apardım. 2012-ci ildə ailə qurduq".

Aparıcı toyunda Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxanın dalaşmasına da toxunub:

"Ətrafda yazılanlar qədər böyük dava deyildi. Heç mənim xəbərim olmadı. Toyun sonunda gəlib dedilər ki, belə hadisə yaşandı. Sonra toyu montaj edəndə gedib oturub baxdım ki, kamera çəkibsə, kadrları məhv edim. Amma kamera da çəkməmişdi".
Geri qayıt