"Arvad ərinin cibinə girməz"

Bu sözləri aparıcı-şairə Nazilə Səfərli "Ona qalsa" verilişində deyib. Qadın-kişi münasibətindən danışan Səfərli öz həyat yoldaşından söz açıb:
"Arvadın ərinin cibinə girib, nəyi var, nəyi yoxdur yoxlaması dünyada ən pis işlərdən biridir. Həyat yoldaşımın paltarını yuyanda cibinə baxmıram. Dəfələrlə olub ki, cibində pul yumuşam".