"Üzülürəm, soyuqqanlı deyiləm" - Gülay

"Üzülürəm, soyuqqanlı deyiləm" - Gülay "Heç vaxt plastik əməliyyat etdirmərəm. Qismətlə razılaşan biriyəm. Elə insan var ki, bir hadisəni yaşayır, səhər-günorta gözyaşı axıtır. Mən yox... Düzdür, mən də nəyəsə üzülürəm, soyuqqanlı deyiləm. Hətta ölüm olanda da deyirəm, Allahın qismətidir".
Bu sözləri müğənni Gülay Zeynallı "Ona qalsa" verilişində deyib. Plastik əməliyyatla bağlı sualları cavablandıran sənətçi heç vaxt bımaq altına yatmadığını deyib.

Gülay şəxsi həyatı ilə bağlı suallara isə əsəbiləşdiyini bildirib:

"Əziyyət çəkib mahnı yazdırıram, pul xərcləyirəm. Niyə sənətimdən soruşulmur? Sənətdən sual versinlər, şəxsi həyatdan yox".
Geri qayıt