"Məni ATV-yə Röyaya görə buraxdılar”

"Məni ATV-yə Röyaya görə buraxdılar” Müğənni Niyam Salami vaxtilə ATV kanalına buraxılmadığını bildirib...
İfaçı bu barədə sözügedən kanalın efirində yayımlanan “7 canlı” verilişində danışıb.

O, Xalq artisti Röya Ayxanın sayəsində ATV-də verilişlərə çıxdığını bildirib:

“Mən ATV-yə çıxa bilmirdim. Hər yerdə elədir ki, yeni müğənnisənsə, bir az “tərləməlisən”. O zaman da mənim “tərləməyə” halım yox idi. Allah onu var etsin. Nailə Mirməmmədlinin evində tanış olduq. Dedik ki, biz niyə oxumuruq? Şeiri tapanadək çox əziyyət çəkdik. Röya tanınmış ulduz idi, tanınmağımda onun rolu oldu. Onun dinləyicisi mənə, mənim də dinləyicim ona qulaq asdı”.

Qeyd edək ki, müğənnilər bir neçə il öncə “Ay ürək” adlı mahnı ifa ediblər.
Geri qayıt