"Neçə ildi deyirəm ki, naziri qovmaq lazımdır” – Əli Mirəliyev

"Neçə ildi deyirəm ki, naziri qovmaq lazımdır” – Əli Mirəliyev Hər il ucdantutma başladılar bunlara Xalq və Əməkdar artist fəxri adı verməyə. Bunlar heç oxuya da bilmirlər, ancaq toy bazarına işləyirlər. Burda da nəticə etibarilə günahkar Mədəniyyət Nazirliyidir, çünki təqdimatı onlar verir”...
Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Müğənni Mədəniyyət Nazirliyində baş verən özbaşınalıqlar haqda illərdir ki, fəryad etdiyini bildirib:

“Mən neçə ildi deyirəm ki, mədəniyyət nazirimizi qovmaq lazımdır, o, bizim mənədiyyətimizi bu günə qoydu. Telekanallarımızda hansı musiqilər verilir. Heç Ü.Hacəbəyovun musiqisindən əsər-əlamət qalıbmı?! Ancaq “Mədəniyyət” kanalında o köhnə musiqilərdən bir neçəsini verirlər. Bir daha təkrar edirəm Azərbaycan musiqisi Azərbaycanda yoxdur, muğam var, amma mahnı janrı “ölüb”, “dirilmir”. Yazılan mahnıları bilinmir kim yazıb, hansı xalqa məxsusdur. Mətndə Azərbaycan sözləri var, amma musiqisi əcnəbi musiqisidir. Hər il də ucdantutma başladılar bunlara Xalq və Əməkdar artist fəxri adı verməyə. Bunlar heç oxuya da bilmirlər, ancaq toy bazarına işləyirlər. Burda da nəticə etibarilə günahkar Mədəniyyət Nazirliyidir, çünki təqdimatı onlar verir.

Həbs edilən nazir müavinlərinin ixtiyarı nə idi Ə.Qarayevin göstərişi olmadan hərəkət etsin. Hamısı elə onun işlərinin nəticəsidir. Mən Əbülfəsə demişdim ki, sən gec-tez “yanacaqsan”, Azərbaycan musiqisinin düşmənisən. O, da dedi ki, mən neyləyim? Dedim ki, xeyr, sən elədin bunları. İndi də cavabın aldı”.
Geri qayıt