"Övladımızın boğazından kəsib yardım edirik, söyürlər” – Nazənin

"Övladımızın boğazından kəsib yardım edirik, söyürlər” – Nazənin Müğənni Nazənin Salayeva təhqirlərə məruz qalıb.

Bu barədə sənətçi “Bizimləsən” proqramına qonaq olarkən məlumat verib.
İfaçı bildirib ki, xüsusi karantin rejimində 100-dən çox ailənin qida ehtiyatını öz üzərinə götürüb. Lakin Nazənin yardım üçün ona yazan şəxslərə cavab verə bilmədiyi üçün qeyri-etik sözlərlə üzləşdiyini deyib: “Övladımızın, ailəmizin boğazından pul kəsib ürəkdən etdiyimiz bir yardım aksiyasıdır. Vicdan borcumuzdur.
Amma anlaşılmazlıqlar olur. Mənə instaqramda, votsapda yazırlar. Cavab vermirəmsə, söyüş, qarğış yazırlar. Artıq telefonumu da işlətmirəm. Xahiş edirəm, yardım üçün çıxdığımız yolda bizi peşman etməyin. İnsanı həvəsdən salırsız, belə etməyin”.
Geri qayıt