"Lotoreya pulu ilə dolanırıq" - Sevil və Sevinc bacıları

Bu sözləri “Xəzər” TV-də yayımlanan “X maqazin” proqramına müğənnilər Sevil və Sevinc Səfərovalar deyib.
Əkizlər tətillə bağlı planlarının baş tutmadığını söyləyib:
“Yaxşı ki, dörd yerə lotoreya oynayırıq. Toy olmasa da, lotoreyadan pul götürürük, onunla dolanırıq. Bəxtimizdən dörd ay ard-arda bizim sıralar gəlir. Heç şanslı deyilik. Planlaşdırmışdıq ki, o pulları götürüb hər ay bir ölkəyə istirahətə gedəcəyik. Qismət olmadı, ancaq qarnımıza xərcləyirik”.