"Qızım qonşuluqda qalır" - Aybəniz Aynişandan danışdı

Bu sözləri Əməkdar artist Aybəniz Haşımova bir müddət əvvəl toyu olan qızı Aynişan haqda danışıb. O bildirib ki, qızı həyat yoldaşı ilə birlikdə ona qonşu yerdə yaşayır.
A.Haşımova nənə olmaq istədiyini də deyib:
"Aynişanın özü kimi bir qız istəyirəm. O, dünyaya gəlməzdən əvvəl Aynişanın atası ilə oğul övladı arzulayırdıq. Amma indi qız uşağı istəyirəm".